10:52
532
2025-ci il noyabr ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 544.8 milyon manat təşkil edib.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 21.3% və ya 95.7 milyon manat çoxdur.
Qeyd edək ki, ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 13.5% və ya 65 milyon manat artıb.