27 Noyabr 2025 10:49
2 191
Ölkədə şiddətli daşqınlar səbəbindən təxliyə edilən malayziyalıların sayı 34 mini keçib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Bernama" xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, müvəqqəti olaraq köçürülən insanların ümumi sayı 34.339 nəfərdir və ölkə daxilində 180-dən çox təxliyə mərkəzi yaradılıb. Təbii fəlakətdən ən çox zərər çəkən ştatlar Kelantan (10 950 sakin təxliyə edilib), Perlis (7 501), Perak (5 620), Kedah (4 306), Terengqanu (3 483) və Selangor (2 460) olub.
2024-cü ildə Malayziyanı bürümüş daşqınlar ölkənin ÜDM-nin 0,05%-nə bərabər olan 933,4 milyon RM (225 milyon ABŞ dolları) dəyərində olub.
Məryəm Quliyeva
14 Noyabr 13:41
973
14 Noyabr 13:38
931
14 Noyabr 13:33
938