İndoneziyada 6,6 bal gücündə zəlzələ baş verib Dünya

İndoneziyada 6,6 bal gücündə zəlzələ baş verib

İndoneziyanın Aceh bölgəsinin cənub-qərbindəki Simeulue adasında 6,6 bal gücündə zəlzələ baş verib.

Xalqcebhesi.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Simeulue adasındakı Sinabang qəsəbəsindən təxminən 45 kilometr şimal-qərbdə olduğunu açıqlayıb.

Təxminən 26 kilometr dərinlikdə baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində heç bir tələfat və ya dağıntı qeydə alınmayıb.

Digər tərəfdən İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi (BMKG) zəlzələnin 10 kilometr dərinlikdə və 6,3 bal gücündə olduğunu açıqlayıb.

Zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilməyib.

Məryəm Quliyeva