10:31
476
Təhlükəsizlik qüvvələri iş adamı sabiq deputat və “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın Ermənistandan çıxışına qadağa qoyub.
Bu barədə "Hraparak" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, qərar təxminən bir ay əvvəl 2018-2019-cu illərdə başlanmış cinayət işi çərçivəsində qəbul edilib.
Qəzetin yazdığına əsasən, bu qərar Tsarukyanın vəkilləri üçün də gözlənilməz olub.
Eyni zamanda, təxminən on gün əvvəl Dövlət Gəlirləri Komitəsi Tsarukyaka məxsus “Şanqri La” kazinosunda yenidən yoxlamaya başlayıb.