10:53
511
2024-cü ilin yekunlarına görə Belarus və Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 600 milyon ABŞ dolları təşkil edib və son beş ildə qarşılıqlı ticarətin həcmi 30%-dən çox artıb.
Bunu Belarus Respublikasının iqtisadiyyat nazirinin müavini Alesya Abramenko bu gün Bakıda keçirilən “Avrasiya iqtisadi inteqrasiyasında biznes üçün üstünlüklər” mövzusunda beynəlxalq dairəvi masada çıxışı zamanı bildirib.
“Azərbaycan Belarusun MDB ölkələri ilə ticarət dövriyyəsi strukturunda dördüncü yeri tutur. Bu, çox yaxşı göstəricidir və ölkələrimiz arasında həqiqətən effektiv əməkdaşlıq mexanizminin formalaşdığını göstərir”, - nazir müavini qeyd edib.