“Rusiya Azərbaycan iqtisadiyyatına 1,5 mlrd. dollar investisiya yatırıb“ İqtisadiyyat
Moskvada Rusiya-Azərbaycan Biznes Şurasının iclası keçirilib.
Rusiya Ticarət Sənaye Palatasında keçirilən iclasda Rusiyanın iqtisadi inkişaf naziri, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Maksim Oreşkin, Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov, Rusiya Ticarət-Sənaye Palatasının sədri Sergey Katırin və Biznes Şurasının üzvləri iştirak ediblər.
İclası giriş sözü ilə Palatanın sədri Sergey Katırin açaraq Biznes Şurasının keçmiş sədri Pyotr Fradkovun fəaliyyətini yüksək qiymətləndirib. O, gündəliyə Şuraya yeni sədrin seçilməsinin, icraçı direktorun təsdiq edilməsinin, 2018-ci il üçün fəaliyyət planının qəbulunun daxil olduğunu söyləyib.
İclasda çıxış edən Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Rusiya-Azərbaycan iqtisadi münasibətlərinin inkişafından danışıb. Onun sözlərinə görə, Biznes Şurasının fəaliyyəti iki ölkə arasındakı ticarət dövriyyəsinin artmasına çox kömək edir. Nazir qeyd edib ki, 2018-ci ilin ilk beş ayında Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 21 faiz artaraq 900 milyon dolları ötüb.
Maksim Oreşkin bildirib ki, Biznes Şurasının üzvləri arasında Rusiya tərəfindən 50 yaxın şirkət var: "Bunlar banklar və Azərbaycanda perspektivli layihələr həyata keçirməkdə maraqlı olan sənaye şirkətləridir. Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi 1,5 mlrd. dollara yaxındır. Burada söhbət neft-qaz sektoru, maşınqayırma, əczaçılıq, kimya sənayesi, bank fəaliyyətindən gedir. Azərbaycan tərəfi hər şeydən öncə kənd-təsərrüfatı sənayesi sektoru və turizm sahəsində investisiyaların artmasına maraq göstərir. Münasibətlər inkişaf edir. Qeyd edilən rəqəmlərin yüksək olmasına baxmayaraq, Rusiya-Azərbaycan münasibətlərinin potensialı olduqca yüksəkdir. Prezidentlər tərəfindən ticarət-iqtisadi əməkdaşlığın aktiv inkişaf etdirilməsi qərara alınıb. Hər iki ölkənin iqtisadi inkişaf nazirlərinin müavinləri səviyyəsində işçi qrup yaradılıb. Bu işçi qrup iki ölkə arasındakı iqtisadi-ticarət münasibətlərindəki maneələri operativ şəkildə aradan qaldırmaqla məşğuldur. İşçi qrupun fəaliyyətinin nəticəsi artıq var. Nazirliyimizin əsas vəzifəsi ölkələrimiz arasında bundan sonra da biznes əməkdaşlığının inkişaf etdirilməsi üçün şərait yaratmaqdır. İkitərəfli əməkdaşlığın əsas istiqamətləri müəyyən olunub. Bunlar hər şeydən öncə ticarət maneələrinin aradan qaldırılması, nəqliyyat potensialının inkişafı və Azərbaycan ərazisində birgə istehsalat müəssisələrinin yaradılmasıdır. Biznes əslində bütün Rusiya-Azərbaycan ikitərəfli iqtisadi əməkdaşlığının əsasını təşkil edir".
Rusiyalı nazirin fikrincə, Rusiya-Azərbaycan Biznes Şurası Azərbaycan istiqamətində biznes ideyaların generatoru, sistemli məsələlərin akkumulyatoru və onların həlli üçün təkliflərin mənbəyi kimi çıxış edə bilər.
Sonra Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov çıxış edib. O, çıxışında Azərbaycanda səfir kimi fəaliyyətə bir aydır başladığını söyləyib: "Artıq vəzifəmin icrasına başlamışam. Demək istəyirəm ki, işə başladığım gündən artıq Azərbaycandakı Rusiya iş adamları ilə görüşmüşəm. Bunlar çox faydalı görüşlər olub. Ümid edirik ki, mövcud problemləri öyrənmək və mümkün olduğu təqdirdə onları həll etmək üçün belə görüşlər müntəzəm əsasda olacaq. Bakıda Rusiyanın Ticarət Nümayəndəliyi var və bu nümayəndəlik uğurlu fəaliyyət göstərir. Bundan başqa Bakıda Rusiya İxracat Mərkəzinin nümayəndəliyi fəaliyyət göstərir. Təbii ki, bu qurumlar Rusiyanın Azərbaycandakı səfirliyi ilə sıx əməkdaşlıq edir. Sizi əmin edirəm ki, bundan sonra da belə olacaq, başqa cür ola da bilməz. Ona görə də xahiş edirəm ki, Rusiyanın biznes nümayəndələri nəzərə alsın ki, Rusiya səfirliyi və nümayəndəliklər bizim biznesə hər cür dəstəyi verməyə hazırdır".
İclasda Rusiya-Azərbaycan Biznes Şurasına "R-Farm" şirkəti Direktorlar Şurasının sədri Aleksey Repik yeni sədr seçilib. O, çıxışında Rusiya-Azərbaycan Biznes Şurasının sədri vəzifəsində qarşısına qoyulan vəzifələrdən danışıb.