Azərbaycan Prezidenti: İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik
MM sədri: Azərbaycan İƏTPİ Konfransının hədəflərinin irəli aparılmasına tam sadiqdir
AMB: Sığorta sektorunda növbəti mərhələdə risk əsaslı nəzarət tam tətbiq olunacaq
Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib
Prezident İƏT Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına müraciət ünvanlayıb
23 May 2019 16:29
1 785
Energetika Nazirliyində Fransa İnkişaf Agentliyinin Cənubi Qafqaz İdarəsinin rəhbəri xanım Qael Assayaq ilə görüş keçirilib. Energetika Nazirliyinin məlumatına görə, görüşdə Agentliyin nəqliyyat, kənd təsərrüfatı və digər sahələrlə yanaşı dayanıqlı enerji təchizatı, təmiz enerji üzrə layihələrin maliyyələşdirilməsində iştirakı və indiyə kimi müxtəlif sahələr üzrə 752 layihəyə 10,4 mlrd. Avro məbləğində maliyyə vəsaitinin ayrılması barədə məlumat verilib. Qael Assayaq bildirib ki, Agentliik Azərbaycanda bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi üzrə həyata keçirilən layihələrin iştirakda maraqlıdır və maliyyə dəstəyi verməyə hazırdır.
Energetika nazirinin müavini Elnur Soltanov ölkənin külək, günəş və digər bərpa olunan enerji potensialından danışaraq, bu sahənin inkişafı istiqamətində görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, hazırda bərpa olunan enerji sektorunun inkişafına özəl investisiyanın cəlbi məqsədilə normativ hüquqi baza yaradılır, güzəştli tarifllərin tətbiqini nəzərdə tutan mexanizmlər hazırlanır. Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üçün BP, Total, Masdar və digər xarici şirkətlərlə əməkdaşlıq sənədləri imzalanıb. Görüşdə bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün perspektiv layihələr ətrafında fikir mübadiləsi aparılıb.