Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
31 May 2019 16:40
2 093
Bu günə qədər Transanadolu boru kəməri ilə (TANAP) 1,9 milyard kubmetr qaz nəql olunub. Bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransında "Xəzər dənizinin Ofşor yataqlarında 70 illik hasilat tarixi" sessiyasında bildirib. SOCAR-ın birinci vitse-prezidentinin sözlərinə görə, "Şahdəniz" yatağının hesabına Azərbaycan, eləcə də qaz ölkəsi kimi ad qazanıb.
X.Yusifzadə qeyd edib: "Bu yatağın ehtiyatları 1,2 trilyon kubmetr qaz, 240 milyon ton kondensat təşkil edir". Onun sözlərinə görə, 2006-ci ildə yataq işlənməyə başlayandan bu günə qədər "Şahdəniz"də qaz hasilatı 104 milyard kubmetrdən çox olub. SOCAR rəsmisi vurğulayıb ki, hazırda Türkiyəyə qaz nəql edən TANAP Avropaya nəqlə hazırlaşır.
Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsidir. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib. Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək. Boru kəməri 2019-cu ilin iyununda Yunanıstan sərhədinə çatacaq. Sınaq işlərindən sonra ilin sonunadək Yunanıstana təbii qaz nəql ediləcək.
14 Noyabr 17:56
1 876
14 Noyabr 17:40
1 827
14 Noyabr 17:19
2 009