Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
2 Mart 2021 14:49
4 277
Avropa Şurası Nazirlər Komitəsinin təsis etdiyi Süni İntellekt üzrə Komitənin (CAHAI) 4-cü plenar iclası keçirilib.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, onlayn formatda keçirilən tədbirdə ölkəmizi Agentliyin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov təmsil edib.
Plenar iclasda Azərbaycan nümayəndə heyəti ilə yanaşı Avropa Şurasına üzv olan dövlətlər, Avropa Şurasının Parlament Assambleyasının prezidenti Rik Dams, həmçinin Avropa Şurasının orqan və qurumları, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və digər aidiyyatı təşkilatların təmsilçiləri iştirak ediblər.
Tədbirdə Komitənin sonuncu iclası insan hüquqları, qanun və demokratiyanın aliliyi sahəsində Avropa Şurasının standartlarına əsaslanan hüquqi bazanın əsas elementlərinə həsr olunub. İclasda süni intellektin təsnifatı sahəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə aparlılan iş, Süni İntellekt erasında insan hüquqlarının müdafiəsi və digər məsələr müzakirə edilib, maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparılıb.
Xatırladaq ki, 2019-cu ildə Avropa Şurasının Nazirlər Komitəsinin Süni İntellekt üzrə Komitəsinin Bürosuna Azərbaycandan EHİM-in direktoru Fariz Cəfərov müşahidəçi üzv seçilib.
14 Noyabr 17:56
1 883
14 Noyabr 17:40
1 834
14 Noyabr 17:19
2 016