Rubl yenə öldü: nikbin gözləntilər doğrulmur İqtisadiyyat

Rubl yenə öldü: nikbin gözləntilər doğrulmur

Rusiyada dollar və avronun məzənnəsi bu gün bir daha qalxıb və rublun iki gün davam edən güclənməsinə son qoyub

Axar.az xəbər verir ki, bu gün – yanvarın 26-da dollar bahalaşaraq 65.3 rubla bərabər olub. Avro isə 73.3 rubla çatıb.
Yanvarın 23-də dollar 63.4, avro isə 71.9 rubl idi. Rublun güclənməsinə səbəb kimi Səudiyyə Ərəbistanı Kralı Abduləzizin ölməsi ilə neft qiymətlərinin cüzi də olsa bahalaşması göstərilirdi.
Xatırladaq ki, 2014-cü ilin yanvar tətili günlərində dolların rəsmi kursu 32.66, avro isə 45.05 rubl həcmində qeydə alınmışdı. Beləliklə, bir ildə dollar və avro 23 rubldan artıq bahalaşıb.
Rusiya Milli İnkişaf Nazirliyi 2015-ci il üçün neftin bir barreli 80 dollar, dolların kursunun isə 49 rubl proqnozlaşdırılıb. Bu həddən artıq optimist proqnozun özünü doğruldacağı isə sual altındadır.