"Şuşa bizim birliyimizin, vəhdətimizin rəmzidir" Siyasət

"Şuşa bizim birliyimizin, vəhdətimizin rəmzidir"

Belə bir tədbirdə, tarixi hadisədə iştirak etmək, Şuşanı azad görmək bizə qürur verir. Bu anı bizə yaşadan Cənab Prezidentimiz İlham Əliyevə sonsuz minnətdarlığımı bildirirəm.

Bunu "Xalq Cəbhəsi"nə Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayınin iştirakçısı, “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirov deyib.

O, bildirib ki, ötən qurultayda cənab Prezidentimiz qarşımızda Yol xəritəsi qoymuşdu: "Əsas hədəfimiz Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq və yaşadığımız ölkədə təbliğatımızı qurmaq idi. Budəfəki qurulyatda da cənab Prezidentimiz artıq çıxışında müharibədən sonra daha nələrə nail olmağımızla bağlı qarşımıza yeni Yol xəritəsi qoydu - ölkəmizin gələcək inkişafına töhfələr vermək, Azərbaycan dilini və mədəniyyətini yaşadığımız ölkədə təbliğ etmək, eyni zamanda yaşadığımız ölkənin dilini bilmək. Əsas məsələ öz vətənimizi yaşadığımız ölkədə yüksək səviyyədə tələb etməkdir. Artıq müharibə sona yetib, Azərbaycan müzəffər bir xalqdır, biz də bu xalqın nümayəndələriyik. Hər keçirdiyimiz tədbirlərdə Allaha dualar edirdik ki, işğalda olan torpaqlarımızı azad edək, doğma torpaqlarımıza qovuşaq və mötəbər tədbirlərimiz oralarda keçirək".

S.Nəsirov onu da vurğulayıb ki, Prezidentimizin müdrik siyasəti, Ordumuzun gücü ilə bu gün biz buna nail olduq: "Bu qurultayın Şuşada keçirilməsi də Prezidentimizin təşəbbüsüdür. Dünyada yaşayan, fəaliyyət göstərən bir çox diaspora təşkilat rəsmiləri Şuşaya toplandı və biz burada fikir, təcrübə mübadiləsi apardıq, vətənimizin təbliğatı ilə bağlı öz təcrübələrimizi bölüşdük. Şuşa şəhəri təkcə Azərbaycanın deyil, gələn ildən türk dövlətlərinin mədəniyyət paytaxtı olacaq. Şuşa bizim birliyimizin vəhdətimizin rəmzidir. Biz hamımız yaxşı bilirik ki, güc birlikdədir. Biz cənab Prezidentin ətrafında bir yumruq kimi birləşərək Şuşanı işğaldan azad etdik. Bundan sonra da hər zaman bir olmalıyıq. Birliyimiz, həmrəyliyimiz ölkəmizin güclənməsi, inkişafı deməkdir. Güclü Azərbaycanın xaricdə güclü diasporunu qurmaq, həqiqətlərimizi təbliğ etmək borcumuzdur".
Cavid