Türkiyə Prezidenti: Xocalı soyqırımını heç vaxt unutmayacağıq
Rusiya sərhədçiləri Ermənistan-Türkiyə sərhədindəki bütün keçid məntəqələrindən çıxıb
Natiq Qasımovun bacısı: Qardaşıma "Milli qəhrəman" adını verdiniz, əməyi itmədi
Ötən ay xaricə səfər edənlərin sığortası üzrə yığımlar 80%-ə yaxın artıb
13 May 2022 18:40
4 242
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu göndərib.
Məktubda deyilir:
"Əlahəzrət,
Görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
Xalqının lideri olan, bütün həyat və fəaliyyəti ilə ölkəsinə hədsiz sədaqət nümunəsi göstərmiş Şeyx Xəlifə bin Zayed Al Nəhyan beynəlxalq aləmdə yüksək nüfuz sahibi idi. Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və genişlənməsində onun müstəsna xidmətləri olmuşdur.
Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, mərhumun ailəsinə, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!".