Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Özbəkistan və Azərbaycan arasında münasibətlərin yeni mərhələsi başlayır

Özbəkistan və Azərbaycan arasında münasibətlərin yeni mərhələsi başlayır Siyasət

Özbəkistan və Azərbaycan arasında münasibətlərin yeni mərhələsi başlayır

Əlisahib Hüseynov: “Özbəkistan Mərkəzi Asiyanın "açar ölkə"si, geosiyasi və geoiqtisadi proseslərdə həlledici həlqəsi hesab olunur”

Azərbaycan xalqının Orta Asiyadakı qardaş respublikalar arasında Özbəkistana qarşı münasibəti həmişə daha çox istiliyi, səmimiyyəti ilə fərqlənib. Özbəklərin də Azərbaycan musiqisinə, ədəbiyyatına və insanlarımıza xoş münasibəti barədə eyni sözləri demək mümkündür. Çünki bizi ortaq tarixi köklər, eyni milli-mənəvi dəyərlər birləşdirir.
Bunu “Xalq Cəbhəsi”nə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.

Partiya sədri qeyd edeib ki, ölkələrimiz arasında siyasi əlaqələr də kifayət qədər yüksək səviyyədədir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2021-ci il martın 31-də Türk Dövlətləri Birliyinin videokonfrans formatında keçirilmiş Zirvə görüşündə Azərbaycan xalqını 44 günlük müharibə nəticəsində Qarabağın işğaldan azad olunması və tarixi ədalətin bərpa olunması münasibətilə ürəkdən təbrik etməsi də dostluq və qardaşlıq əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisidir: “Biz həmin vaxt Özbəkistan dövləti ilə yanaşı sıravi özbəklərin də Azərbaycanın haqq işinə mənəvi dəstəyini açıq hiss edirdik. Və bu gün Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Daşkənddə Heydər Əliyev Meydanının açılışı zamanı etdiyi çıxışında İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə münasibətilə Azərbaycan xalqını qardaş özbək xalqı adından və öz adından bir daha səmimi-qəlbdən təbrik edərək, “Bütün bu illər ərzində Özbəkistan beynəlxalq hüquq əsasında Azərbaycanın ərazi bütövlüyü mövqeyində möhkəm dayanıb”, deməsi həqiqətən də çox qürurvericidir. Məsələyə "Dost da, düşmən də dar gündə bilinər" prizmasından baxdıqda özbəklərin bu cür prinsipial mövqeyini təqdirəlayiq, müsbət hal kimi qiymətləndirməliyik”.
Ə.Hüseynovun sözlərinə görə, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfərinin ümummilli lider Heydər Əliyevin Özbəkistana 25 il əvvəlki səfərinin tarixi ilə üst-üstə düşməsi də heç də təsadüfi hadisə deyil. Bu səfərlər arasında məntiqi bağlılıq var. Bu o deməkdir ki, bizim dostluq və müttəfiqlik münasibətlərimiz, soy birliyimiz əbədidir, davamlıdır və əlaqələrimiz də daima yüksələn xətt üzrə inkişaf edir: “Özbəkistan Mərkəzi Asiyanın "açar ölkə"si, geosiyasi və geoiqtisadi proseslərdə həlledici həlqəsi hesab olunur. Bu baxımdan, Özbəkistan-Azərbaycan əlaqələrinin yüksək strateji münasibətlər səviyyəsinə çatdırılması bütün Türk dünyasının gələcək taleyində olduqca mühüm rol oynaya bilər. Təsadüfi deyil ki, bu səfər zamanı tərəflər arasında 19 sənədin imzalanması nəzərdə tutulur. Bu da onu göstərir ki, birgə səylər sayəsində Özbəkistan ilə Azərbaycanın münasibətləri artıq yüksək strateji tərəfdaşlıq səviyyəsinə çatıb və konkret məzmun kəsb etməkdədir. İndi iki dost və qardaş ölkə - Özbəkistan və Azərbaycan arasında münasibətlərin yeni mərhələsi başlayır. Xeyirli-uğurlu olsun!”

Cavid