SDG/YPG-yi “önəmli” göstərən faydalı bir aparat: İŞİD
1 Yanvar 20:38
1 Yanvar 20:38
1 Yanvar 18:31
30 Dekabr 2025 23:00
10 Oktyabr 2022 12:02
2 177
"Eastern Partnership Trade Helpdesk" rəqəmsal ticarət platformasından istifadə Azərbaycanın istifadə olunmamış ixrac potensialının açılmasında mühüm rol oynayır.
Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Çatomir Peter Fisincer "Şərq Tərəfdaşlığı" üzv ölkələri üçün rəqəmsal ticarət platformasının təqdimatı zamanı deyib.
“Bu platforma Azərbaycan müəssisələrinə, o cümlədən kiçik və orta sahibkarlıq müəssisələrinə "Şərq Tərəfdaşlığı" regionunda və Aİ-də yeni ticarət bazarları və məhsulları müəyyən etməyə kömək edəcək”, - deyə o bildirib.
Ç.P.Fisincerin sözlərinə görə, ödənişsiz platforma onlayn rejimdə və Azərbaycan dilində də mövcuddur.
O qeyd edib ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanın ixracının yarısından çoxu Aİ-nin payına düşür.
"Azərbaycan Aİ üçün mühüm tərəfdaşdır və biz əlaqələrimizi inkişaf etdirməyə çalışırıq. Azərbaycanla Aİ arasında yeni hərtərəfli saziş üzrə danışıqlar fəal mərhələdədir. Bu yaxınlarda imzalanmış enerji sektorunda strateji tərəfdaşlıq barədə anlaşma memorandumunu da qeyd etmək lazımdır. Bu, ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verəcək”, - Fisincer əlavə edib.
1 Yanvar 18:24
1 379
1 Yanvar 00:00
1 127
30 Dekabr 2025 16:21
2 415