Fars-molla rejimi tarixən türkə düşmən kəsilib Siyasət

Fars-molla rejimi tarixən türkə düşmən kəsilib

Azərbaycanın cənub qonşusu olan və özünü İslam Respublikası kimi qələmə verən İranın yürütdüyü siyasətə diqqətlə nəzər salsaq görərik ki, son illərdə İran və işğalçı Ermənistan arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə qədər yüksəlib. Nəzərə alsaq ki, Azərbaycanla Ermənistan arasında mövcud olan münaqişədə İran rəsmiləri dəfələrlə Ermənistanı sözdə işğalçı dövlət kimi tanıdığını bəyan etsə də reallıqda isə biz bunun tam əksini görürük. Halbuki əgər Ermənistanı işğalçı qüvvə kimi tanıyırsa, o zaman işğalçıya yerini göstərməli, ona qarşı təzyiq mexanizmlərini işə salmalı idi. Lakin İran işğalçıya təzyiq bir yana, hətta yardım göstərməklə işğalçı ölkənin iqtisadi tələbatlarının qarşılanmasında əhəmiyyətli rol oynamaqdadır.

Bunu "Xalq Cəbhəsi"nə YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev deyib.

O, qeyd edib ki, xüsusilə istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsi zamanı İranın mənfur düşmənimizə göstərdiyi hərtərəfli yardım unudulmamalıdır:

"Torpaqlarımızın 30 ilə yaxın işğal altında qalmasına, bir milyondan çox soydaşımızın öz yurdlarından məcburi köçkün vəziyyətinə düşməsinə səssiz qalan İranın bu gün 44 günlük Vətən müharibəsində qazandığımız qələbəni həzm edə bilməməsi İranın əsl iç üzünü nümayiş etdirir.
Ölkəmizə dini, tarixi və mədəni cəhətdən yaxın olan İranın Ermənistanla müttəfiqliyinin səbəbləri olduqca düşündürücüdür. Hazırda görünən odur ki, İran və Ermənistan həm etnik, həm coğrafi mövqelərinə, həm də geosiyasi çıxarlarına görə çox yaxındır. İranın Ermənistan kimi terror dövləti ilə arasındakı əlaqələrin möhkəm olmasında hər iki tərəfin öz çıxarlarının olması danılmazdır. Qeyd edək ki, sayı 40 milyondan çox olan azərbaycanlıların heç bir hüququ yoxdur. Bütün bunları nəzərə aldıqda görürük ki, əslində İranın Ermənistanla münasibətlərinin yaxşılaşmasında qarşılıqlı maraqlarla yanaşı, türk dünyasına qarşı olan düşmənçilik siyasətinin də böyük rolu vardır.
Gördüyümüz mənzərə və yaşadığımız hadisələr bir daha bizə deməyə əsas verir ki, İslam dininin müqəddəs adından istifadə edərək Türk- İslam dünyasına düşmən kəsilən İranın Ermənistanla qan və gen bağlılığı, elə hər ikisinin də eyni zehniyyətdə olduğunu göstərir".
Cavid