Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub Siyasət

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı ticarət-iqtisadi əməkdaşlığa dair aktual məsələlər və beynəlxalq gündəmdə olan mövzular müzakirə olunub. Dövlət başçıları Azərbaycanla Rusiya arasında münasibətlərin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə ediblər, strateji tərəfdaşlıq səviyyəsində əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
Prezidentlər həmçinin Suriya münaqişəsinin nizamlanması barədə fikir mübadiləsi aparıblar, Suriyada atəşkəsin tətbiqinə dair Rusiya və ABŞ arasındakı razılığın həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Telefon söhbəti zamanı təmasların davam etdirilməsi barədə razılıq əldə edilib.