“Türkiyədə zəlzələdən zərərçəklənlərə yardım üçün də hamı bir nəfər kimi səfərbər olub” Siyasət

“Türkiyədə zəlzələdən zərərçəklənlərə yardım üçün də hamı bir nəfər kimi səfərbər olub”

Turab Rzayev: “Azərbaycan dövləti və xalqı Türkiyənin yanındadır”

“Əslində fevralın 6-da başlayan zəlzələdən sonra Azərbaycan tarixdə görünməmiş qəhrəmanlıq nümayaiş etdirdi. İlk olaraq Dövlət Başçısı Türkiyəyə yardım üçün əlaqədar qurumlara tapşırıq verdi və təcili addımlar atıldı”. Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Turab Rzayev deyib. Ekspert bildirib ki, çox qıs zaman ərzində Azərbaycan xalqı mütəşəkkil şəkildə təşkilatlandı: “Bir araya gəldi və qardaş Türkiyə üçün yardımlar toplanmağa başlanıldı. Artıq bir gün ərzində 23 tır yardım göndərilib və bu yardımların ardı-arası kəsilmir. Təkcə Bakı şəhərində Eyni zamanda Sumqayıtda, Gəncədə, Şirvanda, Qaxda, Zaqatalada yardımlar toplanır və Bakıya göndərilir. Yardımlar o qədər çoxdur ki, Türkiyə səfirliyinin nümayəndələri və AFAD bu yardımları toplamaqda çətinlik çəkirlər. Buna görə də qərar verildi ki, ikinci əl məhsullar və yataq dəstləri göndərilməsin. Çünki bunlar tırlarda böyük yer tutur və Azərbaycanın göndərdiyi bu yardımları ünvana çatdırmaq üçün nəqliyyat vasitələri çatışmır”.

T.Rzayev əlavə edib ki, Azərbaycan xalqı eyni zamanda soyuq havada bu yüklərin seçilməsi, çeşidlənməsi və paketlənməsi ilə məşğul oldu: “Yəni fiziki qüvvə kimi də gecə səhərə qədər Azərbaycan xalqı soyuq fevral aytında Türkiyədəki qardaşlarına yardım göndərməyə çalışdı. Bilirsiniz bu bizim tariximizdə yeni deyil. 100 il əvəvl də eyni şəkildə Çanaqqala savaşında Azərbaycan ərazilərində bütün tükrlərə, müsəlmanlara kömək komitələri təşkil olunmuşdu. Bu komitələr vasitəsilə geyim, silah, ərzaq, ümumiyyətlə əllərində nə varsa göndərirdilər. Hətta qadınlar öz zinət əşyalarını, geyimlərini kömək komitələri vasitəsilə Türkiyə əsgərlərinə göndərirdi. Çanaqqala müharibəsinin qazanılmasında da Azərbaycandan gedən yardımların böyük rolu olub. Azərbaycanlılar həm orada döyüşüblər, həm də yardım göndəriblər. Xalqın bui şəkildə mütəşəkkil formada təşkilatlıanması və yardım toplanması iki məsələdən xəbər verir. Birincisi odur ki, Azərbaycan xalqının milli ruhu ayaqdadır. Necə ki 44 günlük Vətən Müharibəsində hamı səfərbər oldusa, Türkiyədə zəlzələdən zərərçəklənlərə yardım üçün də hamı bir nəfər kimi səfərbər olub. Digər bir məsələ isə Azərbaycan türklərinin Türkiyə türkləri ilə olan könül bağıdır. Necə ki Türkiyə dövləti və xalqı Azərbaycanın yanındadır, Azərbaycan dövləti və xalqı da Türkiyənin yanındadır”.

Əli