
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
İyunun 1-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev ölkəmizdə səfərdə olan Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında dostluq və çoxşaxəli tərəfdaşlığa söykənən ikitərəfli münasibətlərin davamlı şəkildə uğurla inkişaf etdiyi bildirilib. Neft-qaz, yaşıl enerjiyə keçid, ticarət, nəqliyyat, təhsil və digər sahələrdə əhəmiyyətli nailiyyətlərin əldə olunduğu vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin fəal şəkildə davam etdirildiyi, çox qısa vaxt ərzində və daxili maliyyə imkanları hesabına böyük nəticələrin əldə olunduğu diqqətə çatdırılıb.
Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma işlərində, xüsusilə şəhərsalma və minatəmizləmə fəaliyyətlərində Böyük Britaniya şirkətləri ilə səmərəli əməkdaşlıq edildiyi qeyd olunub.
Azərbaycan və Böyük Britaniya arasında dostluq əlaqələrinin daha da gücləndiriləcəyinə, ikitərəfli gündəliyin bütün sahələrində yeni nailiyyətlərin əldə olunacağına dair əminlik ifadə edilib.