

11 İyul 16:12
11 İyul 13:56
11 İyul 13:26
“Maraqlıdır ki, Vaşinqton və Rusiyanın toqquşduğu başqa bir məqam Azərbaycan ərazisində mövcud olan Rusiya sülhməramlıları ilə bağlı məsələdir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli deyib: “Rusiya açıqlayıb ki, Azərbaycanla məsləhətləşmələrdən sonra qərar qəbul ediləcək. ABŞ-dən isə açıqlama gəlib ki, Vaşinqton Qarabağdakı Rusiya sülhməramlılarından narahatdır.
Şübhəsiz ki, tərəflərin heç biri səmimi deyil və əslində qlobal savaş içində yeni biri müstəvi arayışı hiss edilir. Lakin Azərbaycan prezidenti dəqiq hesablamalar ilə rasional qərar verib. Yaxın günlərdə onun nə olması ilə bağlı ictimaiyyətə məlum verilər”.