“Vyana və Sankt-Peterburq görüşündə bir çox məsələlər razılaşdırılıb” Siyasət
Mübariz Əhmədoğlu: "Bəzi məsələlərlə bağlı da razılıq əldə ediləcək"
Elman Məmmədov: "Həmsədr dövlətlər Ermənistanın nazı ilə oynayan, şirnikləndirən, stimul verən tərəfdir"
Sentyabrın 8-də ATƏT-in Minsk qrupunun həmsədrləri Moskvada Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair məsləhətləşmələr aparacaq. Həmsədrlərin Rusiya XİN rəhbəri ilə də görüşü nəzərdə tutulub. Bəs məsləhətləşmələrin gündəliyində əsas hansı məsələlər olacaq. Bu məsələ ilə bağlı açıqlama verən politoloq Mübariz Əhmədoğlu bildirib ki, əgər həmsədrlər sentyabrın 8-dək Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünə dair razılıq ala bilsələr, onda görüşə hazırlıq məsələsi müzakirə ediləcək: "Əgər Paris görüşünə dair razılıq ala bilməsələr, o zaman Rusiya prezidentindən xahiş edəcəklər ki, görüşü təşkil etsin". Politoloq qeyd edib ki, hazırda gedən proseslərdə 2 çox vacib nüans var. Belə ki, dünən Rusiya XİN rəhbəri Sergey Lavrov da, həmçinin Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir də Ermənistanın XİN rəhbəri Eduard Nalbandyanla danışıqlar apardı: "Yəni bu onu göstərir ki, hər 2 nazir prezidentlərin görüşünə əsas maneənin Ermənistan olduğunu başa düşür. Hesab edirəm ki, sentyabrın 8-də baş tutacaq görüşdə Ermənistanın dinc tənzimlənməni yubatması məsələsi müzakirə ediləcək". Politoloq qeyd edib ki, prezidentlərin Vyana və Sankt-Peterburq görüşündə bir çox məsələlər razılaşdırılıb: "Sonra Ermənistan prezidenti Serj Sarkisyan o razılaşmaları təkzib etdi. İndi növbəti görüşdə o razılaşmaları yenə təsdiq etdirəcəklər. Razılaşdırılmayan bəzi məsələlərlə bağlı da razılıq əldə ediləcək". M. Əhmədoğlu hesab edir ki, əgər prezidentlərin növbəti görüşü Putinin təşəbbüsü ilə baş tutacaqsa, çox böyük ehtimalla Qarabağ münaqişəsinin mərhələli həll variantı üzrə imzalanmış sənəd ortaya qoyulacaq.
Mllət vəkili Elman Məmmədov İsə deyib ki, Ermənistan deyilən bir dövlət normal hüquqi, demokratik dövlət deyil: "Cinayətkar qurumdur və cinayətkarlar, terrorçular tərəfindən idarə olunur. Buna görə də onlarla xoş danışmaq, müzakirələr aparmaq heç bir nəticə vermir".
Onun sözlərinə görə, nəticəyə o zaman ümid etmək olur ki, qarşı tərəfə güc tətbiq edirsən, gücünü göstərisən və onlar da az da olsa konstruktiv mövqeyə yaxınlaşırlar: "Amma bir qədər keçəndən sonra yenə öz bildiklərini edirlər". Millət vəkili hesab edir ki, Ermənistan rəhbərliyi bu danışıqlardan, məsləhətləşmələrdən ancaq vaxt udmaq, qazanmaq, zəbt etdikləri siyasi hakimiyyəti əldə saxlamaq və Azərbaycan torpaqlarını işğalda saxlmaq üçün istifadə edirlər: "Buna görə hesab edirəm ki, ATƏT, həmsədr dövlətlər məsləhətləşmələrini aparsın, ancaq biz də öz işimizi görməliyik. Biz bu qanmazları başa düşdükləri dillə qandırmalıyıq. Bu da güc yoludur, hərbi yoludur. Silahlı Qüvvələrimiz onlara gücünü göstərməlidir". E.Məmmədova görə, həmsədr dövlətlər Ermənistanın nazı ilə oynayan, şirnikləndirən, stimul verən tərəfdir: "Həmsədr dövlətlər bizim xeyrimizə heç nə etməyəcəklər. Bütün məsləhətləşmələrdə, danışıqlarda tutuquşu kimi əzbərlədikləri bir cümləni deyirlər: çalışmalıyıq ki, hər iki tərəf dayanıqlı atəşkəs rejiminə əməl etsin. Bundan iyrənc fikir yoxdu. Bu onlara sərf edir, işğalçı dövlətə də. Axı bu mövqe Azərbaycanın ziyanınadır, bizim torpaqlarımız işğal olunub. Biz məcburi köçkünlər 24 ildən çoxdur gözləyirik ki, torpaqlamız azad olunacaq öz yerimizə qayıdacağıq. Bu gün cəbhə xətti Azərbaycan ərazisindən keçir. Azərbaycan qoşunları öz ərazisindədir. İşğalçı dövlətin qoşunları da bizim ərazidədir. Mən nəyə görə dayanaqlı atəşkəsə əməl etməliyəm, buna dözməliyəm, düşməni darmadağın edib torpaqlarımdan qovum, çıxarmalı deyiləm?!".