Ermənistan və Rusiya Qarabağı müzakirə ediblər Siyasət

Ermənistan və Rusiya Qarabağı müzakirə ediblər

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Moskvaya səfər edib.
APA-nın Ermənistan XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində E.Nalbandyan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Görüş zamanı Ermənistan və Rusiya XİN rəhbərləri Qaraba nizamlanmasını müzakirə ediblər. Onlar tərəflərin ATƏT-in Minsk qrupu həmsədrləri ilə birgə münaqişənin sülh yolu ilə həllinə dair səyərinin vacibliyini qeyd ediblər.