Nazir Kəmaləddin Heydərov Ərdəbil valisi ilə görüşüb Siyasət

Nazir Kəmaləddin Heydərov Ərdəbil valisi ilə görüşüb

Fövqəladə hallar naziriKəmaləddin Heydərov oktyabrın 19-da Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Ərdəbil əyalətinin valisi Məcid Xudabəxşin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir ölkədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə danışıb, bu sahədə İranın müvafiq qurumları ilə yüksək səviyyəli əməkdaşlıqdan ətraflı bəhs edib. O, belə səfərlərin uyğun qurumlar arasında əlaqələrin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadığını da qeyd edib.
Öz növbəsində, M. Xudabəxş rəhbərlik etdiyi əyalətin Azərbaycanla müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb, münasibətin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu bildirib. Vali Azərbaycanın bir neçə şəhərində olduğunu, bu səfərlər zamanı ölkədə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu da qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.