Xalq artisti Rafiq Əzimov: Bizim evə Bağırovun bağından mer-meyvə gəlirdi -MÜSAHİBƏ
Türkiyə “Akkuyu” AES-in birinci blokunun işə salınmasına hazırlaşır
Makron Ukraynanın enerji infrastrukturuna zərbələrə moratorium təklif edib
Nazir: Yusif Məmmədəliyevin xatirəsinə həsr olunmuş olimpiada keçirə bilərik
Ermənistanda məcburi hərbi xidmət müddətini qısaltmaq təklif olunur
11 Dekabr 2024 23:13
2 877
“Əsəd ailəsi ilə erməni terror təşkilatları arasında əlaqələr olub. Biz çox yaxşı bilirik ki, xüsusən Birinci Qarabağ müharibəsində Suriyada təlim keçmiş, oradan maliyyə dəstəyi alan erməni terror təşkilatları Azərbaycana qarşı qətliamlarda iştirak edib”.
Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Kazım Kazımov deyib.
O, qeyd edib ki, Bəşər Əsəd atası Hafiz Əsəd kimi hakimiyyətə gəldikdən sonra erməni terror təşkilatları ilə əlaqələrini sıx tutub: “Onlar yenə də Suriyanın Dəməşq, Hələb və başqa şəhərlərində varlıqlarını davam etdiriblər. Hətta 2019-cu ildə “Nubar Ozanyan” adlı xüsusi bir hərbi qruplaşma yaradılıb. Bu hərbi qruplaşmanı elə qələmə verdilər ki, guya o, sadəcə mina təmizləməklə məşğuldur. Əslində həm hal şahidləri, həm də bir çox jurnalistlər də qeyd edirlər ki, xeyr, onlar, yəni bu erməni təşkilatı tamamilə rejim tərəfində döyüşüb və bu, Ermənistan tərəfindən dəstəklənən bir proyekt olub. Lakin göründüyü kimi bir çox məsələdə səhv edən B.Əsəd bu məsələdə də səhv edib. Onun ermənilərlə bu ittifaqı ona heç bir şey qazandırmadı və devrildi, tarixin tozlu səhifələrində də yerini alacaq”.
K.Kazımov digər tərəfdən sadəcə ermənilərin deyil, qardaş Türkiyəyə qarşı PKK terror təşkilatı və onun Suriya bağlantısı qollarının da B.Əsədlə yaxın münasibətlərdə olduğunu qeyd edib: “Hətta bir müddət PKK terror təşkilatının rəhbəri Abdullah Öcalan Dəməşq şəhərində qalmışdı. Türkiyənin sərt xəbərdarlığından sonra onu oradan çıxarmaq məcburiyyətində qaldılar”.
09:15
651
3 Dekabr 23:10
1 400
3 Dekabr 20:52
2 639