Tusk Polşa üçün hava təhlükəsinin olmadığını bəyan edib Dünya

Tusk Polşa üçün hava təhlükəsinin olmadığını bəyan edib

Polşanın Baş naziri Donald Tusk hava məkanının pozulması ilə bağlı milli müdafiə və daxili işlər nazirlərindən məruzə qəbul etdikdən sonra ölkə üçün hazırda hava təhlükəsinin olmadığını bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, o, "X" sosial şəbəkəsində Bilqoray rayonunda müvafiq xidmətlərin işlədiyini bildirib.

Daha əvvəl Polşanın "PANSA" aeronaviqasiya agentliyi hərbçilərin tələbi ilə Jeşuv şəhər hava limanının mülki reysləri müvəqqəti olaraq qəbul etmədiyini və yola salmadığını bildirmişdi.

Məryəm Quliyeva