“Erməni rəsmiləri anlayırlar ki...” Siyasət

“Erməni rəsmiləri anlayırlar ki...”

Əli Orucov: “Gec-tez Moskva onları cəzalandıracaq”

“Ermənistanın yüksək çinli rəsmi şəxslərinin ard-arda ABŞ-a səfərləri əsasən Vaşinqtonla İrəvan arasında soyuqlaşan münasibətlərin qaydaya salınması, Rusiyanın artan basqılarının azaldılamsı məqsədi daşıyır”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında siyasi ekspert Əli Orucov səsləndirib: “Bildiyiniz kimi Paşinyanın küçədən hakimiyyətə gəlməsindən sonra yürütdüyü qeyri-müəyyən və sürüşkən siyasəti onu Qərblə Rusiyanın ortasında qoydu. Nəticədə nə Qərbdən, nə də Rusiyadan dəstək ala bildi. Əksinə etimadıni getdikcə itirdi. Erməni rəsmiləri anlayırlar ki, gec tez Moskva onları daha sərt cəzalandıracaq. Daha bir mühüm məsələ də münaqişə ilə bağlıdır. Paşinyan “məni Dağlıq Qarabağ seçiciləri seçməyib, onların yerinə danışıqlar apara bilmərəm” deməklə sepatarçı rejimi münaqişə tərəfi kimi sülh prosesinə cəlb etmək planları da Bakının sərt təpkisi ilə üzləşdi və bu plan pozuldu. Bunulada danışıqlar prosesi demək olar ki, dalana dirəndi. Azərbaycan tərəfinin belə olduğu halda hərbi əməliyyatlara əl atması üçün imkan yaranıb. Erməniləri həm də o narahat edir ki, güclü ordusu olan Azərbaycan Paşinyanın destruktiv addımlarından bəhrələnərək həm diplomatik arenada, həm cəbhədə mövqeyini gücləndirir. Açığı görünən odur ki, Ermənistan hakimiyyəti Moskvadan əlini üzsə də, bunu cəsarət edib aydın şəkildə ortaya qoya bilmir. ABŞ-la da aralarındakı soyuq münsibətlər regonda Ermənistanın təklənməsinə gətirib çıxarıb ki, bu da Rəsmi İrəvan üçün arzuolunmaz mənzərədir. Bu səfərlərin də Dağlıq Qarabağ münaqişəsinin diplomatik həllinə hər hansı müsbət impuls verəcəyinə isə inanmaq olduqca çətindir. ABŞ həmsədr ölkə kimi iniyədək problemin həlli üçün təsirli tədbirlər görməyib və istənilər səyləri ortaya qoymayıb. Halbuki ABŞ-ın böyük potensialı var”.