YAP deputatlarını geri çəkdi: Milli Məclis buraxıldı Siyasət

YAP deputatlarını geri çəkdi: Milli Məclis buraxıldı

YAP parlamentdə olan deputatlarını geri çəkib.
Bu barədə YAP-ın bu gün keçirilən SŞ-da qərar qəbul edilib.
Qeyd edək ki, qanunvericilliyə görə, parlament çoxluğu deputatlarını geri çəkərsə, yetersay olmadığı üçün Milli Məclis özünü buraxmağa məcbur olacaq.
YAP parlamentdə 125 deputat yerindən 71-nə sahibdir. Hazırda onlardan bir neçəsi vəzifəyə təyin olunduğuna görə mandatdan imtina etsə də, YAP-ın parlamenti buraxmaq səviyyəsində (50%-dən çox) deputatı var.
Xatırladaq ki, sabah MM-in plenar iclası keçiriləcək və MM-in də sabah özünü buraxacağı ehtimal olunur.