Həlak olan minatəmizləyənlərin ailə üzvlərinə Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşib
"Prezidentin fikirləri Azərbaycanın dövlət siyasətinin düzgün istiqamətini nümayiş etdirir"
FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər
İşğaldan azad edilən ərazilərdəki işlər tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır
18 Mart 2020 12:52
2 450
Emin Həsənli: “Bu ağır cinayətləri törətmiş dövlətlə əməkdaşlıq yolverilməzdir”
"Ermənistan beynəlxalq hüququ pozan bir dövlətdir və Azərbaycan torpaqlarını işğal edib. İşğalçı dövlətlə heç bir əməkdaşlıqdan söhbət belə gedə bilməz. Beynəlxalq hüquqa görə separatizm, soyqırım ən ağır cinayətlərdəndir". Bunu Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli deyib.
Hərbi ekspertin sözlərinə görə, Ermənistan Azərbaycan ərazisində, Xocalıda soyqırım aktı həyata keçirib: "Eyni zamanda, işğalçı dövlət Azərbaycan ərazisində 32 terror hadisəsi həyata keçirib. Bu ağır cinayətləri törətmiş dövlətlə əməkdaşlıq yolverilməzdir. Xüsusən hərbi əməkdaşlıq qəbuledilməzdir. Azərbaycan beynəlxalq hüquqa söykənərək dünya dövlətləri ilə ikitərəfli əməkdaşlıq edir. Təbii ki, Serbiya dövləti ilə də bizim əməkdaşlığımız var. Amma Serbiya Respublikasının Ermənistanla hərbi sahədə mümkün əməkdaşlığı təəssüf doğurur. Hesab edirəm ki, bu fakta Serbiya dövləti yenidən baxmalıdır və təcavüzkar Ermənistanla hərbi əməkdaşlığı dayandırmalıdır. Kosovo məsələsində Azərbaycan Serbiya dövlətinin ərazi bütövlüyünü tanımışdır. Eləcə də dünyanın bütün dövlətləri ilə beynəlxalq hüquq səviyyəsində öz əməkdaşlığını (qarşı dövlətlərin mənafeyini nəzərə almaq şərtilə) qurur. Ermənistan mütləq işğala son qoymalıdır. Bunun başqa yolu yoxdur. Əks təqdirdə Azərbaycan öz ərazi bütövlüyünü təmin etməlidir. Yaxşı olardı ki, dünya birliyi bu məsələyə seyrçi mövqedən yanaşmasın. Azərbaycanın Avropa, dünya ölkələri ilə xoş münasibətləri var. O cümlədən Serbiya ilə gələcəkdə bu münasibətlər davam edəcəkdir. Biz ümidvarıq ki, Serbiya bu məsələyə yenidən baxacaq və Ermənistanla heç bir hərbi, texniki sahədə əməkdaşlığa yol verməyəcək. Çünki bu qəbuledilməzdir”.
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA