Dövlət başçısı BBC Global News-un baş icraçı direktorunu qəbul edib Siyasət

Dövlət başçısı BBC Global News-un baş icraçı direktorunu qəbul edib

Prezident İlham Əliyev: "Azərbaycan barədə qərəzsiz informasiyanın çatdırılması önəmlidir

Prezident İlham Əliyev dünən BBC Global News-un baş icraçı direktoru Cim İqanı qəbul edib.
BBC Global News-un baş icraçı direktoru Cim İqan rəhbərlik etdiyi qurumun fəaliyyəti və beynəlxalq əməkdaşlıq sahəsində gördüyü işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. O, Azərbaycanın tarixi, mədəni yüksəlişi və ölkəmizdə gedən inkişaf prosesləri barədə dolğun informasiyanın geniş tamaşaçı auditoriyasına çatdırılmasının önəmini vurğulayıb.
Dövlət başçısı İlham Əliyev Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar, müstəqillikdən sonra sürətli iqtisadi inkişaf proseslərinə nail olunması, ölkəmizdə azadlıq və demokratiyanın təmin edilməsi istiqamətində görülən işlər, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı, respublikamızın energetika sahəsində qazandığı nailiyyətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışıb. Prezident İlham Əliyev Azərbaycanın zəngin tarixi, mədəniyyəti, inkişaf prosesləri barədə obyektiv və qərəzsiz informasiyanın çatdırılmasının önəmini qeyd edib.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.