Müharibənin dayandırılması haqqında müqavilə tarixi qələbəmizdir və Ermənistanın kapitulyasiyasıdır - Deputat Siyasət

Müharibənin dayandırılması haqqında müqavilə tarixi qələbəmizdir və Ermənistanın kapitulyasiyasıdır - Deputat

Xalqımızın 30 illik intizarına şanlı ordumuzun apardığı 45 günlük müharibə son qoydu. Azərbaycan-Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı müharibənin dayandırılması haqqında müqavilə tarixi qələbəmizdir və Ermənistanın kapitulyasiyasıdır. Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, müharibənin dayandırılması və işğalçının hərbi birləşmələrinin təqdim olunmuş qrafik üzrə torpaqlarımızı tərk etməsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması deməkdir:

“İmzalanmış bu müqavilədə Azərbaycanın diktə etdiyi bütün tələblər nəzərə alınıb. Ən əsası da odur ki, Azərbaycanın Naxçıvanla quru yolla əlaqəsi yaranacaqdır. Bu, Azərbaycan-Naxçıvan dəhlizi adlanacaq və dəhlizlə hərəkətinin təhlükəsizliyinə Rusiya sərhədçiləri təminat verəcəkdir. İmzalnmış müqavilə Naxçıvanı blokadadan çıxarır. Artıq Naxçıvana bizim bütün kommunikasiyalar bərpa olunacaq, xalqımızın 30 ili ərzində çəkdiyi əziyyət və iztirablarına son qoyulacaqdır.

Ümumiliyyətlə, Ermənistanı dəmir yumruğumuz hesabına məcbur etdiyimiz bu məğlubiyyət Dağlıq Qarabağı Azərbaycana qaytarmaqla Naxçıvanı birləşdirir və bütöv bir Azərbaycan dünya xəritəsində parlayacaqdır. Cənab prezident demişdir ki, əgər müharibə başlanana qədər biz Ermənistana müəyyən şərtlər daxilində danışıqlar masası arxasında oturmağına hazır idiksə, indi biz bizim şərtlərimizlə düşməni masa arxasına oturmağına məcbur etdik.

Müqavilədə Dağlıq Qarabağın statusu məsələsi ilə bağlı hər hansı bir bənd yoxdur. Bu o deməkdir ki, ermənilər Azərbacanda bütün xalq kimi eyni və bərabərhüquqlu vətəndaşlar kimi yaşaya biləcəklər. Dağlıq Qarabağda hazırda erməni mülkü vətəndaşlarımız yaşayır. Ora Azərbaycanlılar da qayıtmalıdırlar və bir yerdə birgə yaşmasına başlayacaqlar.

Xalqların birgə yaşayışını və təhlükəsizliyinin təmin olunması üçün regiona sülhməramlıların gətirilməsi nəzərdə tutulur. Sülhməramlıların tərkibində Türkiyəyənin də olması müqavilə şərtlərinin nəzərdə tutulmuş qrafik üzrə icrasına nəzarəti və məsuliyyəti artıracaqdır. İmzalanmış sülh müqaviləsi Azərbaycanın maraqlarna tam uyğundur və ərazi bütövlüyümüzün bərpası deməkdir. Onu da qeyd etmək istəyirəm ki, Ermənistanın acı məğlubiyyəti bu ölkədə etiraz dalğasını genişləndirib.

Müqavilə qüvvəyə minəndən sonra İrəvanda ermənilər hökumət binasına hücum etmiş və rədd olsun Paşinyan şüarları sələndirirlər. Hətta sosial şəbəkələrinin erməni seqmentinin məlumatına görə xalqın narazı kütləsi regionlardan paytaxta üz tutub kütləvi narazılıqlara başlamışdır. Ermənistanı bu acınacaqlı günə salan şizoferin Paşinyandır. Düşünürəm ki, ermənilər Paşinyan və onun ağılsız hökumətini ömrünə son qoyacaqdır. Hesab edirəm ki, ermənilər özlərinə ağıllı, qonşuluq münasibətlərini və birgəyaşayışını dəyərləndirən, öz xalqının gələcəyini düşünən bir rəhbər seçəcəkdir.

Sonda möhtəşəm qələbəmiz münasibətilə xalqımızı təbrik edir, torpaqlarımız uğrunda canını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət diləyir, xalqımıza daima xoşbəxtlik arzulayıram.

Yaşasın müstəqil və əbədi Azərbaycan Respublikası!

Yaşasın Ali Baş Komandanımız cənab İlham Əliyev!

Qarabağ Azərbaycandır !”.