MM Komitə sədri: “Azərbaycan müharibədən ərazi bütövlüyünü bərpa edərək çıxdı” Siyasət

MM Komitə sədri: “Azərbaycan müharibədən ərazi bütövlüyünü bərpa edərək çıxdı”

“Azərbaycan müharibədən ərazi itkisi ilə deyil, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Ermənistan isə bütün dünyanın gözü qarşısında sarsıldı”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Deputat bildirib ki, işğalçı Ermənistan torpaqlarımızdan qovularaq sülhə məcbur edilib: “Sülhməramlıların ölkəyə gəlməsi gözlənilən idi. Onlarsız davamlı sülhü təmin etmək mümkün deyildi. Xalqımız bu möhtəşəm qələbədə yanımızda olduğu üçün qardaş Türkiyəyə, onun Prezidentinə təşəkkürünü bildirir. Çox təəssüflər olsun ki, bu gün sosial mediada sülhməramlıların bölgəyə gəlməsinə məkrli məna qatmaqla çıxışlar edirlər. Amma bu, əbəsdir. Bu gün qürur hissi ilə qeyd edə bilərik ki, Qarabağ Azərbaycandır”.