26 Noyabr 2020 12:16
2 198
“Dekabrın 4-də əmanətlərin sığortalanması ilə bağlı qəbul etdiyimiz qanunun vaxtı bitəcək”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
Deputat bildirib ki, sabah Maliyyə Şurasının iclasının keçiriləcəyi barədə məlumat alıb: “Baş nazirdən xahiş edirəm ki, bununla bağlı çıxış etsin və müddət uzadılsın. Bizim hazırda büdcəni qəbul etməyimiz də gecikir. İşğaldan azad edilmiş torpaqların bərpası ilə bağlı hələ 3-4 il məşğul olmalıyıq. Pandemiyanın da sürətlə yayılmasını nəzərə almalıyıq”.
11:37
497
11:07
476
15 Noyabr 14:40
1 148