Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
14 Yanvar 2021 13:15
1 792
Almaniyada ilk Azərbaycan xeyriyyə təşkilatı - "Varlıq" Fondu fəaliyyətə başlayıb. "Varlıq" Fondunun ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, yanvarın 10-da Almaniyada yaşayan azərbaycanlıların təşəbbüsü ilə yaradılan qurumun təsis yığıncağı baş tutub. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, toplantı Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir yumruq kimi birləşərək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması naminə fədakar fəaliyyət göstərdikləri müsbət qiymətləndirilib. Qeyd edilib ki, "Varlıq" Fondu həmrəylik, yardımlaşma və paylaşma ənənələrinə sadiq qalaraq, yaxın gələcəkdə Avropa Biriliyi ərazisində yaşayan soydaşlarımızı və ürəyi Azərbaycanla döyünən hər kəsi bir araya gətirən körpü rolunu oynayacaq. Fond şəhid və qazi ailələrinə yardımın təşkili ilə yanaşı Azərbaycan tarixi, musiqisi və mədəniyyətinin dünyaya tanıdılmasına, eləcə də elmin və təhsilin inkişafına dəstək göstərmək niyyətindədir. Səsvermə nəticəsində Dr.Qurban Ələkbərov Fondun sədri, Nurlan Məmmədov və Cavidan Kərimli isə sədr müavinləri seçiliblər.
15 Noyabr 21:25
1 694
15 Noyabr 17:47
1 288
15 Noyabr 17:44
1 267