Elmar Məmmədyarov ATƏT-in Layihə Əlaqələndiricisini qəbul edib Siyasət

Elmar Məmmədyarov ATƏT-in Layihə Əlaqələndiricisini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bakıda yeni təyin olunmuş Layihə Əlaqələndiricisi Ələsgər Şahtaxtinskini qəbul edib.
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Elmar Məmmədyarov Ələsgər Şahtaxtinskini yeni təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzu edib. Görüş əsnasında Azərbaycan Respublikası ilə ATƏT arasında əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.