Pakistan ordusu: Əfqanıstanın 274 döyüşçüsü öldürülüb - YENİLƏNİB-1
Ağdamda 3-cü yaşayış kompleksində yaxın zamanda tikinti işlərinə başlanılması nəzərdə tutulur
Ginnesin Rekordlar Kitabına düşən lənkəranlının dənizdə meyiti tapılıb - YENİLƏNİB
Pakistan Əfqanıstanın hər hansı yeni təxribatına sərt cavab verməyə hazırdır
13 Oktyabr 2021 14:45
2 779
Bu gün Avropa İttifaqı bizim nəqliyyat potensialımıza böyük maraq göstərir.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib.
Dövlət başçısı bildirib: "Hazırda bu məsələlər geniş şəkildə müzakirə edilir. Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin bu yay Azərbaycana səfəri zamanı biz Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının geniş gündəliyi ilə bağlı ətraflı müzakirələr apardıq. Əlbəttə, əməkdaşlığımızın enerji kimi ənənəvi sahələri var ki, buradakı nəhəng layihələrin icrasını yalnız alqışlamaq olar.
Bu gün Avropa İttifaqı bizim nəqliyyat potensialımıza böyük maraq göstərir və bu sahədə fəal iştirak edir. Çünki biz Azərbaycanı Avrasiyanın müasir infrastruktura və qonşularla şaxələndirilmiş kommunikasiya marşrutlarına malik mühüm nəqliyyat mərkəzinə çeviririk. Avropa İttifaqı bu prosesin bir hissəsi olmağı planlaşdırır. Biz, həmçinin Cənubi Qafqazda postmüharibə dövrünün inkişafında da Avropa İttifaqının rolunu müzakirə edirik".