“Tolerantlıq sivilizasiyalar arasında dözümlülüyün təzahürüdür” Layihə

“Tolerantlıq sivilizasiyalar arasında dözümlülüyün təzahürüdür”

Gülçin Mehdiyeva: "Azərbaycanda tolerantlıq həyat və düşüncə tərzidir"

"Tolerantlıq latınca "tolerantia" sözündən olub "dözüm", "dözümlülük" mənalarında işlənir. Bu anlayış fəlsəfi-sosioloji termin kimi yad dünyagörüşünü, həyat tərzini, adət-ənənələrinə, mədəniyyətinə, dininə, dözümlülük ifadə edən termindir.
Bəşəriyyətin mənəvi həyatında mühüm rol oynayan tolerantlıq milli və ümumbəşəri dəyərlərin vəhdətindən ibarət olub aşağıdakı formalarda təzahür edir:
- gender tolerantlığı
- irqi və milli tolerantlıq
- əlillərə münasibətdə tolerantlıq
- dini tolerantlıq
- siyasi tolerantlıq
Müasir qloballaşan dünyada din siyasi şəraitə ciddi təsir edən amillərdən birinə çevrilmişdir. Buna görə də dini tolerantlıq hər hansı dövlətin, ölkənin, xalqın daxili birləşdirici, stabilləşdirici qüvvəsi kimi çıxış edir. Dini tolerantlıq bir dini- konfesional birliyin dəyərlərinə tolerant münasibətidir. Hər kəs öz dini etiqadlarına riayət etdiyi kimi başqalarının da bu cür hüququnu qəbul edir". Bu fikirləri AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun "Dinşünaslıq və mədəniyyətin fəlsəfi prob- lemləri" şöbəsinin əməkdaşı Gülçin Mehdiyeva qeyd edib. O bildirib ki, çoxcəhətli məzmunlu anlayış kimi dini tolerantlığı müxtəlif aspektlərdən şərh edirlər: "Müsbət mənada dini tolerantlıq yad dini-konfessional dəyərlər və ideyalara hörməti, mənfi mənada isə digər dini-konfessional baxışlara biganəliyi, hətta düşmənçiliyi ifadə edir. Çoxmillətli müxtəlif dini nümayəndələrin yaşadığı ölkələrdə dini və etnik tolerantlıq ictimai stabilliyi təmin edir. Dini və etnik tolerantlığın vəhdət halında tədqiqinin zərurətini göstərən N.M.Vahabova haqlı olaraq yazır: "Çox mədəniyyətli regionda etnik tolerantlığın tədqiqinə müraciət edilməsi zərurəti bir tərəfdən ictimai inkişafda iki meylin mövcudluğu ilə bəşər birliyində (qloballaşmanın, sosial və mədəni inteqrasiya prosesinin yüksəlməsi və bununla yanaşı Qərb və Şərq ölkələri arasında pozğunluğun, intolerantlığın, bəşəriyyətin mövcudluğunu təhlükə altında qoyan dini və etnik münaqişələrin, beynəlxalq terrorizmin güclənməsi ilə) digər tərəfdən isə fəlsəfi biliklərin özünün inkişafı ilə, onda fəlsəfi antropoloji və aksioloji problemlərin rolunun artması ilə şərtlənir" [14] Deməli, tolerantlığın öyrənilməsi zərurəti beynəlxalq aləmdə baş verən həm də intolerant-deskrutiv proseslərin artması ilə əlaqədardır.
Doğrudur, dini tolerantlığı təmin edən mexanizmlərdən ateizm və sekulyarlaşma da mövcuddur. Ateizm marksizmin hakim olduğu ölkələrdə geniş yayılıb. Sekulyarlaşma Qərb cəmiyyətində əsas yer tutur. Sekulyarlaşma demokratik mədəniyyətə və dünyəvi xarakterli münasibətlərə üstünlük verməklə dini tolerantlığı təbliğ etməyə cəhddir.
Dini tolerantlığın bir neçə növünü göstərirlər:
1. Digər dindarlara (xristianın-müsəlman, müsəlman-buddist) tolerant münasibət;
2. Digər konfessiya nümayəndələrinə (katolik – protestant, protestant -pravoslav) tolerant münasibət;
3. Təriqət hərəkatlarına tolerantlıq;
4. Allaha etiqad bəsləyən dindarlar və inamsızlar (ateistlər) arasında tolerantlıq.
Bir sözlə, dini tolerantlıq müxtəlif xalqlara, ayrı-ayrı dini nümayəndələrə xas olan ümumbəşəri problemdir. Müxtəliflikdə ahəngdarlığı ifadə edən dini tolerantlıq siyasi, hüquqi və əxlaq borcun vəhdətidir.
Bu gün Azərbaycan Respublikasında tolerantlıq modeli bütün dünyada etiraf olunan, xalqlara nümunə olan ümumbəşəri təcrübədir. Dünyada dini intolerantlığın, ayrı-seçkiliyin, dini zəmində münaqişələrin baş verdiyi bir zamanda ölkəmizdə dini müxtəlifliyin vəhdətini təmin edən tolerantlıq burada yaşyan bütün xalqların, etnik qrupların şüuruna hakim kəsilmişdir. "Bu gün Azərbaycan dini müxtəliflik baxımından çox zəngindir. Amma xoşbətlikdən müxtəlif dinlərin və dini fəlsəfi cərəyanların yayılıdığı ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşmış, mili, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmamışdır".
Azərbaycan dövlət – din münasibətlərinin ən yaxşı tənzimləndiyi, dini azadlığın, ideal birgəyaşayış mədəniyyətinin hökm sürdüyü, ksenofobiya, dini ektrelizm, radikalizm, anti semitizmdən uzaq bir ölkədir. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva Azərbaycanda dini tolerantlığın möhkəmlənməsi və inkişafı naminə öz səylərini əsirgəməyib və bu gün də bu yolda inamla çalışır".
O əlavə edib ki, Provaslav və katolik kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi-bütün bunlar Azərbaycanın mədəni irsinin tərkibidir: "Biz öz ənənələrimizə, öz köklərimizə, öz tariximizə çox böyük hörmətlə yanaşırıq. Eyni zamanda, biz dünyaya açıq və bütün ölkələrlə əməkdaşlıq qurmağa çalışan bir ölkəyik…Azərbaycan xalqında olan dözümlülük, əsrlər boyu formalaşan bu mühit ona gətirib çatdırıb ki, bizim üçün bu, normal yaşayış, həyat tərzidir".
Azərbaycanda din dövlətdən ayrılsa da ölkəmizdə hüquqi, demkoratik, dünyəvi dövlət formalaşmış və bütün dini dəyərlər cəmiyyətdə müxtəlif xalqların mənəvi sərvətinə çevrilmişdir. Tolerantlığın təbliği və həyat tərzinə çevrilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkədə Milli Tolerantlıq Mərkəzi fəaliyyət göstərir. Gənclərimiz tolerantlıq tərbiyəsi rühünda böyüyür. Buna görə də Azərbaycan dünyada beş ən tolerant dövlət sırasına daxil olub. Hər cür millətçi-liyin qarşısında sipər olan birliyin təzahürü kimi çıxış edir.
Azərbaycanda dövlət – din münasibətlərini tənzimləyən, tolerantlığın bərqərar olmasında çoxcəhətli fəaliyyət göstərən Ulu Öndər Heydər Əliyev tolerantlığı belə səciyyələndirib: "Tolerantıq… həm insani münasibətlərin, həm cəmiyyət səviyyəsində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir…".
Deməli, tolerantlıq fərdlərarası, xalqlararası, dinlərarası, mədəniyyətlərarası münasibətlərə aid fenomendir. Tolerantlığı mədəniyyətin yüksək təzahürü kimi səciyyələndirən H.Əliyev yetişməkdə olan nəslə hələ erkən yaşlardan tolerantlıq mədəniyyətinin, dini dözümlüyün formalaşdırılmasını tövsiyə edir.
Ulu Öndər Heydər Əliyev tolerantlığın Azərbaycanda gerçəkləşməsi üçün aşağdakı tədbirlər gördü:
- dövlət – din münasibətlərini daha da təkmilləşdirdi, onu dövlət siyasətinin tərkib hissəsinə çevirdi; tolerantlığın hüquqi bazasını formalaşdırdı;
- Beynəlxalq tolerantlıq gününün ölkəmizdə qeyd edilməsinə nail oldu;
- Dini qurumlarla bağlı Dövlət Komitəsi yaratdı;
- Dini, milli, etnik tolerantlığı, vicdan azadlığını həyata keçirdi;
- Məscidləri bərpa etdirdi, yenilərini tikdirdi, kilsələri, sinaqoqları təmir etdirdi, yenilərini inşa etdirdi;
- Milli azlıqlar, qeyri-müsəlmanlar üçün tolerantlıq mühiti yaratdı;
- Dini radikalizmə və ektrelizmə qarşı amansız mübarizə apardı;
Ulu Öndər Heydər Əliyev üç prinsipi bir-birilə vəhdətdə görürdü:
1. Dini etiqad azadlığının təmin edilməsi. 2. Dünyəvi dövlətçilik prinsiplərinin qorunub saxlınması; 3. Dini təəsübkeşliyin dini təkəbbürə, sonra fanatizmə və ekstrelizmə keçməsinin qarşısının alınması.
Heydər Əliyev Azərbaycanda müxtəlif dinlərin birgəyaşayışını Azərbaycan xalqının dini dözümlüyünün, tolerantlığının ən yüksək göstərişi hesab edirdi. O, Azərbaycanda dini tolerantlığın və dövlət-din münasibətlərinin nadir modelini formalaşdırıb".
Onun dediyinə görə, dünyəvi hakimiyyətin və ənənəvi dini icmaların konstruktiv fəaliyyəti və qarşılıqlı ünsiyyəti nəticəsində yaranmış dövlət- din münasibətlərinin nadir modeli Azərbaycan Respublikasında öz əksini tapıb: "Azərbaycanda dini tolerantlıq modeli bütün dünyada etiraf olunur, təqdir olunur, öyrənilir və həyatda tətbiq olunur.
Prezidentin sərəncamı ilə hətta Gürcüstanda yaşayan azərbaycanlıların rahat yaşamaları üçün bir sıra addımlar atıiıb. Prezident Azərbaycanda olan tolerantlığın Gürcüstanda da olmasını istəyir. Əgər dini tolerantlıq olarsa, orada azərbaycanlıların yaşaması daha rahat olar. Azərbaycan tərəfindən Gürcüstanda olan 440-a yaxın kilsə, məbəd və məscidəlrə pulsuz qaz verilir. Hətta erməni kilsələri də qazla təmin edilir, Allah yolunda.
İlham Əliyev dini tolerantlıq sahəsində Azərbaycan təcrübəsini bütün ölkələr üçün örnək hesab edir.
Bu gün respublikamızda azərbaycançılıq həm də mükəmməl tolerantlıq və real inkişaf modelidir. Azərbaycançılıq ideologiyası, dini tolerantlığın, polietnik mövcudluğun qarantii kimi çıxış edir…Azərbaycanda dözümlü ictimai mühitin formalaşmasını bu gün və gələcəkdə təmin edən tolerantlığın praqmatik konsensus modeli daim inkişafdadır.
Tolerantlıq bütün demokratik ölkələr tərəfindən qəbul edilsə də, onun praktiki surətdə həyata keçirilməsi üçün mərkəzlər, institutlar yaradılsa da,lakin bu sahədə hələ də çətinliklər mövcuddur.
Tolerantlıq müxtəlif elmi aspetklərdən – psixoloji, sosioloji, kulturoloji, fəlsəfi aspektlərdən təhlil olunur. "Fəlsəfi baxımdan tolerantlıq dedikdə – həmçinin müxtəliflik və fərqin qəbul edilməsi, onlara hörmət və rəğbət nəzərdə tutulur. Tolerantlıq həm də başqalarının hüquqlarını tanımaq əsasında, fərqi düşünmək tərzinə malik olduğunu anlamaq əsasında münaqişə və ziddiyyətlərin həllinin axtarılmasını təmin edən əxlaqi imperativ, maksimadır".
R.Aslanova tolerantlığın düşüncə tərzi kimi mədəni-mənəvi prinsiplərin məzmunu kimi, sülh, əmin-əmənlıq, mədəni müxləiflik mühitinin yaranmasına kömək edən bir mənəvi-əxlaqi və fəlsəfi kateqoriya olduğunu iddia edir".
O bildirib ki, Prezident İ.Əliyev müasir dövrdə dini tolerantlığın yüksək mədəniyyəti və həyat tərzinə, dövlət siyəsətinə çevirib: "Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərinin inkişafında öz rolunu oynamışdır. İctimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycanda dini, milli dözumlülük, tolerantlıq çox yüksək səviyyədə olub. Bu, Azərbaycan xalqının döümlülüyünün, eyni zamanda müstəqil Azərbaycan dövlətinin siyasətidir və Azərbaycanda fəaliyyət göstərən dini qurumların əməyinin praktiki nəticəsidir". Göründüyü kimi Azərbaycan xalqının özünün dözümlülüyü, dövlət və dini qurumların birgə fəaliyyəti ölkəmizdə dini tolerantlığın inkişafının əsas, mühüm amilidir.
Əsası Azərbaycan xalqının öz təbiətindən, onun milli mədəniyyətinin tərkib hissəsi olan islam dinindən irəli gələn, ölkəmizdə dövlət səviyyəsində yaranan dö- zümlülük mühiti Azərbyacanda dini tolerantlığın inkişafında mühüm rol oynayır. Hazırda Azərbaycanda formalaşan dini tolerantlıq mühitinin qorunub saxlanması və onun daha da möhkəmlənməsində Prezident İlham Əliyev mühüm rol oynayıb. Məhz Prezident onun dini tolerantlığın möhkəmləndirilməsi sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində respublikamızda rəsmi olaraq 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. Bir sözlə, tolerantlıq fərdlərarası münasibətlərdən başlayaraq sosial qruplar, millətlər, mədəniyyətlər, sivilizasiyalar arasında dözümlülüyün təzahürüdür. Azərbaycanda tolerantlıq müxtəlif mədəniyyətlərə, milli azlıqların dilinə, dininə, bütün vətəndaşların hüquq və azadlıqlarınan hörmət, əmin-amanlıq, sülh mədəniyyəti, həyat tərzi və düşüncə tərzidir".