Bağdad İraq Kürdüstanının neft yataqları və sərhədlərini nəzarətə götürür Dünya

Bağdad İraq Kürdüstanının neft yataqları və sərhədlərini nəzarətə götürür

İraqın Baş naziri Əli əl-Zeydi İraq Kürdüstanının neft yataqları və sərhədlərinin federal hakimiyyət tərəfindən nəzarətə götürülməsi barədə sərəncamlar verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The National" nəşri məlumat yayıb.

Bu addım neft naziri Basem Xudeyrin şimal yataqlarında neft qaçaqmalçılığı faktlarını əsas gətirərək "North Oil Company" yataqlarının qaytarılmasını tələb etməsindən sonra atılıb.

Tapşırıqlara əsasən, Neft Nazirliyi Diyala, Kərkük, Ninəva və Səlahəddin əyalətlərindəki yataqları idarəçiliyinə götürməli, ixrac icazələri mərkəzləşdirilməli, DİN obyektlərdə müşahidə kameraları quraşdırmalı, sərhəd xidməti və hərbçilər isə qeyri-rəsmi keçidləri və kənd yollarını bağlamalıdır.

"The National" xatırladır ki, 2003-cü ildən bəri davam edən təbii sərvətlər mübahisəsi Bağdad və Ərbil arasında əsas gərginlik mənbələrindən biri olaraq qalır.

Məryəm Quliyeva