“HƏMAS-a dəstək regionda gərginliyi artırır”
19 Dekabr 22:46
19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
19 Dekabr 14:16
25 Yanvar 2023 15:31
5 467
Əslən azərbaycanlı olan jurnalist və ictimai fəal Nəsim Sultanbəyli Tehranın Evin zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır.
Gunaz.tv
Sosial mediada açıqlama yayan jurnalistin anası qızının iki həftədədir həbs edilməsinə baxmayaraq, onun nədə ittiham olunuduğu barədə məlumat verilmədiyini bildirib.
"Nəsim təhlükəsizlik məmurları tərəfindən həbs edilib. O, Evin həbsxanasının təkadamlıq kamerasına salınıb və bir neçə gündən sonra ümumi palataya köçürülüb. Barəsində açıqlama verilmədiyi üçün onun durumundan nigəranıq",-deyə, jurnalistin anası bildirib.
Qeyd edək ki, Nəsim Sultanbəyli yanvarın 11-də xaricə getmək üçün Tehran hava limanına getdikdən sonra təhlükəsizlik məmurları tərəfindən həbs edilib.
İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda davam edən etiraz aksiyaları zamanı 79 jurnalist həbs edilib.
Saxlanılan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən "Şərq" qəzetinin əməkdaşlarının da adı var.
Onların bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsalar da 30 jurnalist həbsdə saxlanılır.
18 Dekabr 19:45
1 764
18 Dekabr 11:03
1 995
17 Dekabr 11:25
2 457