2 May 2023 12:10
7 644
Azərbaycan İnsan Haqları Təşkilatının (ƏRK) Avropada yaşayan üzvləri Berlində aksiya keçiriblər.
Mayın 1-də keçirilən aksiyada İran və Güney Azərbaycanda insan haqlarının pozulması, qadın, uşaq və işçilərin istismar edilməsinə qarşı şüarlar səsləndirilib.
Aksiyada "azərbaycanlı xalçaçı qadın və uşaqların istismarına son qoyulsun", "azərbaycanlı işçi hərəkatı fəalı Rza Şəhabi və başqa məhbuslara azadlıq" və başqa bu kimi şüarlar yazılan plakatlar qaldırılıb.
Güneyli fəallar bəyanat yayaraq Güney Azərbaycan və İranda işçi hərəkatı fəallarının mübarizəsini dəstəkləyib və onlarla həmrəy olduqlarını bildiriblər.
15 Sentyabr 13:41
1 379
15 Sentyabr 13:40
1 253
15 Sentyabr 13:40
1 197