Naqif Həmzəyev: Azərbaycan Türk dünyasının əsas dayaqlarındandır
17 Sentyabr 22:08
17 Sentyabr 22:08
17 Sentyabr 21:35
17 Sentyabr 20:47
17 Sentyabr 14:23
18 May 2023 12:30
7 084
Təbrizin Tibb Elmləri Universitetinin 9 tələbəsi cəzalandırılıb. Universitetin İnzibat Komissiyasının verdiyi qərara görə, onlar iki semestrdə təhsildən kənarlaşdırılıb.
Buna, tələbələrin qız məktəblərində şagirdlərin kütləvi zəhərlənmələrinə etiraz etmələri səbəb olub.
Universitetin İnzibat Komissiyasının verdiyi qərarda təhsildən məhrum edilən tələbələr "iğtişaş və qarışıqlıq yaratmaq"da ittiham olunublar.
Bundan bir müddət öncə isə Təbriz Universitetinin 40 tələbəsinə mesaj göndərilib və onlardan İntizam Komissiyasına getmələri tələb edilib.
Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb.
Onların bir çoxuna qarşı "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb.
15 Sentyabr 13:41
1 610
15 Sentyabr 13:40
1 484
15 Sentyabr 13:40
1 435