2000 manatlıq inəyinizi canavar yesə pulu ödənə bilər...
4 Dekabr 23:28
4 Dekabr 23:28
4 Dekabr 23:08
Bakıda təşkil olunan kitab sərgisi davam edir. Yazarlar bu sərgini kitabın təbliği baxımından faydalı hesab edirlər.
Gunaz.tv
Yazıçı Qan Turalı da günaz.tv-yə açıqlamasında ara-sıra sərgiyə baş çəkdiyini deyib:
“Bəzən gedirəm, bəzən yox… Amma iştirakımdan asılı olmadan kitabın küçəyə çıxmasını, küçədə kitab görünməsini əhəmiyyətli sayıram”.
Yazıçı hesab edir ki, oxucularda tarixi romanlara maraq müşahidə edib:
“Mən də tarixi roman yazmışam. “Fələk qırmancı” romanımı həm də tarixi roman kimi də oxumaq olar. Mən oxucularda maraq görürəm. Ancaq tarixi romanı da modern üslubda qələmə almaq gərəkdir”.
Bəs Güney Azərbaycan mövzusunda necə maraq varmı? Qan Turalı bildirib ki, onun üçün əsas coğrafi məkan yox, insan amilidir:
“Doğrusu, belə fikrim yoxdur. Güney Azərbaycanda iki dəfə olmuşam, amma bununla belə ora ilə bağlı məlumatım azdır. Həm də mən heç Şimali Azərbaycandan da əsər yazmıram.
Məni ən çox düşündürən şey insandır. O Arazın bu tayından da ola bilər, o tayından da... “
Azərbaycan dövləti ən yüksək səviyyədə Güney Azərbaycanda ana dilinin sıxışdırılmasına laqeyd qalmayacağını bəyan edib. Yazarlar, naşirlər, jurnalistlər Güneydə Azərbaycan dilinin inkişafına hansı töhfəni verə bilərlər? Qan Turalı bununla bağlı təkliflərini verib:
“Hər şeydən qabaq mütaliə mədəniyyətini, kitabları yaymaqla işə başlamaq olar. Öz əsərlərim haqqında da xeyli müsbət rəy almışam və bilirəm ki, maraq güclüdür. Ancaq bu marağı inkişaf etdirmək, artırmaq gərəkdir”.