FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər
İşğaldan azad edilən ərazilərdəki işlər tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır
“Ölkəmiz xarici vasitəçilərin səmərəsiz fəaliyyəti fonunda müstəqil siyasət kursunu gücləndirdi”
Zəfərdən ədalət mühakiməsinə: Azərbaycanın yaratdığı tarixi reallıq – TƏHLİL
2 Mart 2024 18:13
7 553
İran İslami Şura Məclisinə deputat seçkilərində iştirak faizinin az olduğu ifşa olunub.
Gunaz.tv
Məlumata əsasən Təbriz şəhəri sakini jurnalist Cavad Ağacannijad ötən seçkilərdə daha çox seçicinin iştirak etdiyini qabartdığına görə təhlükəsizlik məmurları tərəfindən hücuma məruz qalaraq saxlanılıb.
Jurnalist instaqramda canlı olaraq seçkilərin bitməsinə yarım saat qalarkən Təbriz şəhəri Valiliyinin məntəqədə təmsilçisi Abdulla Xeyyiri Azərdən seçkilərdə iştirak barədə müsahibə alıb.
Ağacannijad təmsilçidən Təbriz şəhəri İmam Rza Məscidi Seçki Məntəqəsində “bu anadək neçə seçki vərəqinin seçicilər tərəfindən istifadə olunduğunu” soruşub.
“505 seçki vərəqəsi”- deyərək təmsilçi cavab verib.
Jurnalist sualının davamında ötən seçkilərdə nə qədər seçki vərəqinin istifadə olunduğunu soruşub.
Xeyyiri Azər cavab verib: “1300 seçki vərəqi”
Təbriz şəhəri Valiliyi təmsilçisinin bu təsadüfi ifşası və müsahibənin müqayisə xarakteri daşığıdığına görə məmurlar təbrizli jusrnlistə hücum edərək Təhlükəsizlik İdarəsinə aparılıb.
Qeyd edək ki, hər bir seçki məntəqəsində iştirak faizinin göstəricisi ölkə üzrə nümunə kimi qiymətləndirilir.
İran mediasındakı məlumata əsasən martın 1-də keçirilən seçki müddəti axşam saat 6-da bitəcəyi halda 3 dəfə - birinci saat 20-dək, sonra saat 22 və üçüncü dəfə saat 24-dək uzadılıb.
15 Sentyabr 13:41
1 057
15 Sentyabr 13:40
952
15 Sentyabr 13:40
917
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA