29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
10 Aprel 2024 13:36
9 975
Milad Armun 2022-ci ilin noybar ayından həbsdə olmaqla hal hazıradək fiziki və psixi işkəncələrə məruz qoyulur.
Gunaz.tv
Bu barədə (Güney) Azərbaycanın İnsan Haqları Təşkilatı (Ərk) məmlumat yayıb. Kərəc şəhəri Qızıl Hisar Həbsxanasında saxlanılan 25 yaşı Milad Armun əslən Güney Azərbaycanın Xiyav (Meşginşəhər) şəhərinin Qoşa kəndindən olmaqla Tehran şəhəri Ekbatan mikrorayonu sakinidir.
O, və 4 nəfər digər hərəkat iştirakçısı, 2022-ci ilin sentyabrında İran hakimiyyətinə qarşı ölkə üzrə başlamış hərəkatda Arman Əliverdi adınada hökumət məmurunun öldürülməsində ittiham olunur.
Özünün vəkil təyin etməsinə icaz verilməyib və ən kəskin işkəncələrə məruz qoyulur.
Məlumata istinadən Milad ancaq Əliverdinin yaralandığını görüb.
Lakin bir neçə gün sonra saxlanılıb işkəncə olunaraq məcburi etiraf ifadəsi almağa cəhd olunsa da mümkün olmayıb.
İsveç məclisinin deputatı Yete Qotland müdafiə məqsədi ilə onun siyasi vəkilliyini üzərinə götürüb.
İranın Radio və Televiziya Cəmiyyəti ondan etiraf videoları yayıb.
Lakin Milad həmin videolarda qətldə iştirak ittihamı ilə razılaşmayıb.
Ona hər hanası sual verilərkən “qatil olmadığı və həmin qətli törətmədiyini” vurğulayıb.
Milad 60 gün təkadamlıq kamerada, 14 gün də ac saxlanılaraq işkəncələrə məruz qoyulub.
O, qəsədn adam öldürmədə ittiham olunub. Lakin hələ barəsində qətnamə çıxarılmayıb.
Barəsində 2024-cü ilin may ayında digər məhkəmə baxışı keçiriləcək.
İran qanunlarına əsasən qəsdən adam öldürmə edamla cəzalandırılır
28 Avqust 10:48
1 785
25 Avqust 11:15
2 933
25 Avqust 11:13
2 814