29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
8 İyul 2024 13:48
7 126
Ərdəbildən olan mədəni və işçi hərəkatı fəalı Əfşar Mühib İmçə mədəni və dinc fəaliyyətlərinə görə işdən qovulub.
Gunaz.tv
Bu barədə o özünün sosial media hesabında məlumat yayıb.
"17 il zavodda çalışandan sonra mən də, başqa fəallar kimi saxta ittihamlarla işdən çıxarıldım, mübarizəyə davam",- azərbaycanlı fəal sosial media hesabındakı paylaşımında yazıb.
Əfşar Mühib İmçə, özü və başqa bir neçə işçinin işdən qovulmasının təhlükəsizlik məmurlarının istəyi əsasında həyata keçirildiyini söyləyib.
Bu, iyunun 18-də Nəmin şəhərində "Arta" Sənaye Kompleksinin işçiləri hüquqlarının tapdalandığına etiraz olaraq tətil aksiyasının keçirilməsindən sonra baş verib.
Əfşar Mühib İmçənin aksiya təşkilatçılarından biri olduğu üçün cəzalandırıldığı bildirilib.
Qeyd edək ki, fəal bundan əvvəl də bir neçə dəfə dinc mədəni fəaliyyətlərinə görə təzyiqlərə məruz qalıb və həbs edilib.
O, 2021-ci ildən bəri bir neçə dəfə "İslam Respublikasına qarşı təbliğat fəaliyyəti" və "məqsədli olaraq gərginlik yaratmaq üçün iranlı kimliyini təhqir etmək", “sistemə qarşı təbliğat aparmaq" və "müxalif qrup və təşkilatların xeyrinə təbliğat fəaliyyəti”ndə günahlandırılaraq həbsxanaya salınıb.
28 Avqust 10:48
1 736
25 Avqust 11:15
2 884
25 Avqust 11:13
2 772