29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
7 Avqust 2024 12:50
10 934
Avqustun 6-da Güney Azərbaycanın Xalxal şəhərindən olan fəal Məhəmmədrza Xəlilinin məhkəmə iclası keçirilib.
Gunaz.tv
O, Gilan əyalətinin tərkibinə verilən Astara şəhərinin yenidən Ərdəbil əyalətinə qaytarılması tələbi ilə kampaniya başlatdığına görə mühakimə olunub.
Astara şəhərinin 103-cü Cəza Məhkəməsi M.Xəlilini "vətəndaşları qırğına və münaqişəyə təhrik və sövq etmək"də günahlandırıb.
22 yaşlı Xəlili 15 noyabr 2023-cü ildə sosial mediada "Astaranın Ərdəbil əyalətinə birləşdirilməsi" adı altında imza kampaniyası başlatdıqdan sonra həbs edilib.
O, 8 dekabr 2023-cü ildə 2 milyard tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.
Qeyd edək ki, Astara şəhəri Gilan əyalətinin mərkəzi olan Rəşt şəhərinin təxminən 200, Ərdəbil şəhərinin isə 70 kilometrliyində yerləşir.
Bu şəhər vaxtı ilə Ərdəbil mahalı və Şərqi Azərbaycan əyalətinə bağlı olub.
Sonralar ölkənin inzibati ərazi bölgüsündə Gilan əyalətinə birləşdirilib. Şəhərin əhalisi Azərbaycan türkləridir və bu günə kimi şəhər sakinləri Astaranın yenidən Ərdəbil əyalətinə birləşdirilməsi üçün çoxsaylı kampaniyalar həyata keçirib, müraciətlər yayıblar.
28 Avqust 10:48
1 715
25 Avqust 11:15
2 870
25 Avqust 11:13
2 751