Ermənistan COP34-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb
ABŞ senatorları "Starlink" məhdudiyyətlərinə görə "SpaceX"dən izahat tələb ediblər
FHN gözlənilən qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
“Dublin sammiti Azərbaycanın artan beynəlxalq nüfuzunun siyasi təsdiqidir”
"Azərbaycan artıq beynəlxalq proseslərin yalnız iştirakçısı deyil..."
14 Noyabr 2024 14:26
8 414
Ərdəbil əyalətinin Xiyav şəhərinin (Meşginşəhər) Muradlı bölgəsində baş verən qəza nəticəsində 2 işçi ölüb, 1 işçi isə yaralanıb.
Gunaz.tv
Bu barədə yerli işçi hərəkatı fəalları məlumat yayıb.
Məlumata görə, hadisə makaron fabrikində qaldırıcı kranın aşması nəticəsində baş verib.
Bundan əvvəl Ərdəbilin Tibbi Ekspertiza Mərkəzinin verdiyi məlumatda son 6 ay ərzində Ərdəbil əyalətində iş qəzalarında 15 işçinin öldüyü və 360 işçinin yaralandığı bildirilib.
Müstəqil həmkarlar ittifaqları və sinfi fəallar Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini deyirlər.
Onların fikrincə, ölüm və yaralanma halları rəsmi statistikada göstəriləndən bir neçə dəfə çoxdur.
Fəallar iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində, təhlükəsizlik qaydalarının tətbiq edilməməsi və işçilərin qoruyucu geyim, avadanlıqlarla təmin olunmamalarını ölüm hallarının çoxalmasında əsas səbəblərdən biri kimi göstərirlər.
Qeyd edək ki, İran iş yerlərində təhlükəsizlik məsələlərinə görə dünya ölkələri arasında 102-ci yerdədir.
12 Noyabr 12:39
1 316
4 Noyabr 12:28
3 983
4 Noyabr 12:28
3 759