Kapitan kimi dünya çempionatlarında ən çox iştirak etmiş futbolçular İdman

Kapitan kimi dünya çempionatlarında ən çox iştirak etmiş futbolçular

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatı ərəfəsində daha bir maraqlı araşdırma paylaşıb.

“Report” IFFHS-in saytına istinadən xəbər verir ki, bu dəfə mundiallarda kapitan kimi ən çox çıxış etmiş oyunçular açıqlanıb.

Meksika yığmasının sabiq üzvü Rafael Markes ilk sırada qərarlaşıb. 43 yaşlı keçmiş müdafiəçi 2002, 2006, 2010, 2014 və 2018-ci illərdəki yarışlarda kapitanlıq sarğısını taxıb.

Siyahıdakı digər 11 oyunçu 3 dəfə buna müvəffəq olub. Argentina yığmasından Lionel Messi, Portuqaliya millisindən isə Kriştianu Ronaldu DÇ-2022-də həmin futbolçuları geridə qoya bilər.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

Rafael Markes Meksika 5 2002, 2006, 2010, 2014, 2018
Billi Rayt İngiltərə 3 1950, 1954, 1958
Ladislav Novák Çexoslovakiya 3 1954, 1958, 1962
Byorn Nurdkvist İsveç 3 1970, 1974, 1978
Dieqo Maradona Argentina 3 1986, 1990, 1994
Karlos Valderrama Kolumbiya 3 1990, 1994, 1998
Paolo Maldini İtaliya 3 1994, 1998, 2002
Didye Droqba Fil Dişi Sahili 3 2006, 2010, 2014
İker Kasilyas İspaniya 3 2006, 2010, 2014
Makoto Hasebe Yaponiya 3 2010, 2014, 2018
Lionel Messi Argentina 3 2010, 2014, 2018
Kriştianu Ronaldu Portuqaliya 3 2010, 2014, 2018