Cüdo üzrə Azərbaycan çempionatının qarışıq komanda yarışlarına yekun vurulub İdman

Cüdo üzrə Azərbaycan çempionatının qarışıq komanda yarışlarına yekun vurulub

Dekabrın 5-də qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının qarışıq komanda yarışları keçirilib.

Bürünc medal uğrunda görüşlərdə “Kanokan TT” idman klubu 4:0 hesabı ilə "Təhsil" RİM 1 nömrəli RİOEUGİM-ə, “Neftçi İdman Klubu 2” isə 4:1 hesabı ilə “Atilla İdman Klubu İdman Birliyi 2”ə qalib gəlib.

Final görüşü “Neftçi İdman Klubu 1” ilə “Atilla İdman Klubu İdman Birliyi 1” arasında keçirilib. “Neftçi İdman Klubu 1” 4:3 hesabı ilə qalib gələrək komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.

Yarışın yekun nəticələrinə əsasən, komandaların tutduqları yer belə müəyyənləşib:

1. Neftçi İdman Klubu 1

2. Atilla İdman Klubu İdman Birliyi 1

3. “Kanokan TT” İdman Klubu
3. Neftçi İdman Klubu 2

5. "Təhsil" Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi

5. Atilla İdman Klubu İdman Birliyi 2

7. Gömrükçü İdman Sağlamlıq Mərkəzi

7. Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbi.