Mahir Əmrəli İspaniya yolunda İdman

Mahir Əmrəli İspaniya yolunda

“Qarabağ" klubunun futbolçusu Mahir Əmrəli karyerasını İspaniyada davam etdirə bilər.
Report xəbər verir ki, ölkənin səviyyəcə ikinci liqasında çıxış edən bir neçə komanda 22 yaşlı hücumçu ilə maraqlanır. Bildirilir ki, Azərbaycan millisinin üzvü 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə görüşlərdə öz keyfiyyətini göstərib.
Oyunçu "Bakı"nın heyətində olarkən "Atletiko"nun baş məşqçisi Dieqo Simeone və Madrid təmsilçisinin bir neçə oyunçusu ilə işləyib. Həmin vaxt "Bakı"nın gənc futbolçuları İspaniya klubunun düşərgəsində qısamüddətli təcrübə keçiblər.
Xəbərdə vurğulanır ki, Əmrəlinin İspaniyada oynamaq fürsəti yaranıb və o, Liqa 1/2/3-də özünü göstərməyə çalışmalıdır.
Qeyd edək ki, Mahir Əmrəli 2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasında 16 qolla bombardir olub.