Canni İnfantino ofsayd qaydalarında dəyişiklik olacağını açıqlayıb İdman

Canni İnfantino ofsayd qaydalarında dəyişiklik olacağını açıqlayıb

“Türkiyə əla futbol ölkəsidir. AVRO-2020-dən qısa müddət sonra dünya çempionatı olacaq. Həmçinin başqa yarışlara da qatıla biləcəklər”.

Apasport.az saytının məlumatına görə, bunu FİFA prezidenti Canni İnfantino “CNN Türk” kanalına müsahibəsində deyib.

Ali futbol qurumunun rəhbəri ofsayd qaydalarında dəyişiklik planlaşdırdıqlarını da sözlərinə əlavə edib: “Hazırda ofsayd məsələsi ilə bağlı çətinlik yaşayırıq. Son 100 ildə bu baxımdan çox dəyişiklik edildi. Qaydaları hücumçuların lehinə ola biləcək şəkildə dəyişməyi müzakirə edirik. Bunun üzərində çalışmalar davam edir. Qəbul olunarsa, hücumçunun bədəni son müdafiəçidən azacıq öndə olsa belə, ofsayd sayılmayacaq”.

İnfantino yeni qayda sayəsində qol sayında artım olacağını düşünür: “Bu, hücumçulara və hücum edən komandalara üstünlük qazandıracaq. Bəlkə də, matçlar daha hücumameyilli keçəcək və çox qollar olacaq”.

Qeyd edək ki, Canni İnfantino AVRO-2020-nin qrup mərhələsinin İsveçrə - Türkiyə (3:1) oyununu izləmək üçün dünən Bakıya gəlib.