
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
UEFA Avropa Liqasının qrup mərhələsində V turun növbəti oyunları keçirilib.
Türkiyə təmsilçilərindən "Qalatasaray" Fransanın "Marsel" klubunu qəbul edib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 4:2.
Hesabı 12-ci dəqiqədə "sarı-qırmızılar"ın rumıniyalı legioneri Aleksandru Çikıldeu açıb. Qarşılaşmanın 30-cu dəqiqəsində Due Çaleta-Tsar topu öz qapısına vurub. Oyunun 64-cü dəqiqəsində Sofyan Fequli fərqi 3 topa çatdırıb.
Göprüşün 68-ci dəqiqəsində "Marsel" penalti vurmaq hüququ qazanıb. Arkadiuş Milikin 11 metrlik cərimə zərbəsini qapıçı Fernando Muslera qaytarsa da, polşalı hücumçu təkrar zərbə ilə fərqi azaldıb. Lakin 83-cü dəqiqədə Rayan Babel "Qalatasaray"ın aktivinə 4-cü qolu yazdırıb. Oyunda son nöqtəni isə 85-ci dəqiqədə yenidən Milik qoyub.
E qrupunun digər matçında İtaliyanın "Latsio" klubu səfərdə Rusiyanın "Lokomotiv" komandasından üstün olub - 3:0. Bununla da İstanbul və Roma təmsilçiləri qrupda ilk iki yeri təmin edərək, növbəti mərhələyə yüksəlib.